“Bavariya”nın vingeri Sadio Mane ilə “Əl Əhli” maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klubu seneqallı oyunçunu Roberto Firmino transferindən sonra almaq istəyir. Mane ilə müqavilə imzalamaq klubun əsas hədəflərindən biridir.
Daha əvvəl futbolçu ilə “Əl-İttifaq” və “Əl-Nəsr”ın də maraqlandığı bildirilirdi.
2022/23 mövsümündə Mane “Bavariya”nın heyətində 38 oyuna çıxıb, 12 qol vurub və 6 məhsuldar ötürmə edib. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

