“Fenerbağca” Arda Gülərin yerini Sebastyan Şimanski ilə doldurmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Türkiyə klubu Arda Gülərin əvəzləyicisini Rusiyada tapıb. İstanbul təmsilçisi son mövsümü “Feyenoord”da keçirən, “Dinamo”ya (Moskva) məxsus polşalı futbolçu ilə maraqlanır.
“Fənərbağça” bu transfer üçün 15 milyon avroya qədər xərcləyə bilər.
2019-dan “Dinamo”da çıxış edən Şimanski keçən mövsüm “Feyenoord”un heyətində 40 oyuna çıxıb və 10 qol vurmağı bacarıb.

