Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib.
İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası rəsmi saytı vasitəsi ilə məlumat yayıb.
PFL bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək. İlk tur iki gün ərzində – sentyabrın 4-5-i tarixlərində keçiriləcək.
2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23:59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23:59 tarixlərini əhatə edəcək.
2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan kuboku yarışlarında iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, yarıpeşəkar statuslu 2-ci Divizionda 12 komanda – “Füzuli”, “Göygöl”, “Ağdaş”, “Sportinq Baku”, “Qusar”, “Marxal Şəki”, “Şəfa Baku”, “Cəbrayıl”, “Lerik”, “Kürmük Qax”, “Şəmkir” və “Kür-Araz” komandaları mübarizə aparacaqlar.

