21 İyun 2026
Dünya futbolu

PFL rəsmisi Konfrans Liqası oyununda

Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Moldovada “Zimbru” və San-Marinonun “La Fiorita” komandaları arasında keçiriləcək Konfrans Liqasının I təsnifat mərhələsinin cavab görüşündə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 20-də gerçəkləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43