08 İyul 2026
İdman

Millimiz Avropa çempionatının ilk oyununda uduzdu

20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın Skopye şəhərində təşkil olunan Avropa çempionatında ilk oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, yığma B Divizionunun C qrupunda İsveç kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib – 50:102.

Qeyd edək ki, qrupda Kosovo, Ukrayna və Gürcüstan seçmələri də mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43