Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” klubu növbəti yoxlama oyununu keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisi Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək. Görüş iyulun 19-da baş tutacaq.
“Sabah” daha öncə keçirdiyi yoxlama oyunlarında Qətərin “Əl Sədd” klubuna qalib gəlib (3:1), Almaniyanın “Sankt Pauli” komandasına məğlub olub (1:4).

