“Araz Naxçıvan” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, ötən mövsümü “Səbail”də keçirən Turan Manafov Naxçıvan klubunun formasını geyinəcək. Paytaxt təmsilçisi onu komandada saxlamaq istəsə də, oyunçu razılaşmayıb.
O, ötən mövsüm az forma şansı aldığı üçün klubda qalmaq istəməyib. Manafovun davamlı oynamaq şərti ilə “Araz Naxçıvan”la “Səbail”dən az maaşa razılaşdığı bildirilir.

