03 İyul 2026
Ölkə futbolu

Nigeriyalı oyunçu “Kəpəz”də – RƏSMİ

Transfer çalışmalarını davam etdirən “Kəpəz” komandası heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-ın məlumatına görə, “sarı-göylər” Olavale Onanuqa ilə anlaşıb.

25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, nigeriyalı oyunçu son olaraq Albaniyada “Kastrioti”nin formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43