03 İyul 2026
Dünya futbolu

“Çelsi”nin müdafiəçisi klubu tərk edir

İtan Ampadu “Çelsi”dən “Lids”ə keçir.

İdmanxeber.az-ın məlumatına görə, “zadəganlar” bu transferdən 7 milyon avro qazanacaq. Ampadu 2017-ci ildən çıxış etdiyi London klubunda cəmi 12 oyuna çıxıb.

“Mavilər”dəki karyerası icarələrdə keçən uelsli müdafiəçi son mövsümdə “Spetsiya”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43