İngiltərənin “Brayton” klubunun yarımmüdafiəçisi Moyses Kaysedo “Çelsi”yə keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, londonlular 21 yaşlı ekvadorlu üçün təklifi 81 milyon avroya çatdırıb. Artıq futbolçunun özü klubla müqavilə imzalayıb.
2022/23 mövsümündə Kaysedo 43 oyun keçirib, bir qol vurub və 1 məhsuldar ötürmə edib. Portal Transfermarkt oyunçunu 75 milyon avro qiymətləndirir.

