05 İyul 2026
Ölkə futbolu

I və II Liqadakı komandalar dəyişə bilər? – “Bu halda digər namizəd klublara üstünlük veriləcək”

“Bütün məqamlar təftiş prosesindən asılıdır. Təftiş prosesinin nəticələrinə uyğun olaraq daha ətraflı danışa bilərik. Stadionla bağlı göndərilmiş bütün tələbləri yerinə yetirilməsi ilə bağlı son tarix 1 avqust müəyyən edilib”.

Bu sözləri idmanxeber.az saytına Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov I və II Liqa təmsilçilərinin infrasturkturla bağlı son durumlarını dəyərləndirərkən deyib. Qurum rəsmisi daha sonra belə davam edib:

“Klublar təftişə hazır olduqları barədə PFL-ə məlumat verəcək və bütün detallara yerində baxış keçiriləcək. Məhz bütün məqamlar yerinə yetirildikdən sonra klublar liqaya buraxılacaq, əks təqdirdə digər namizəd klublara üstünlük veriləcək. Bunla bağlı klublara məlumat verilib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43