05 İyul 2026
Dünya futbolu

“Qalatasaray” konqolu hücumçu gətirir

“Qalatasaray” Sedrik Bakambunu heyətinə qatmağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun təmsilçiləri transferi tez bitirib, konqolu hücumçunu Çempionlar Liqasının təsnifat mərhələsi üçün veriləcək heyətə daxil etmək istəyir.

Maraqlıdır ki, “Əl Nəsr” Bakambunu bu ilin yayında transfer etmişdi. Oyunçu 1 oyuna belə çıxmadan klubu tərk etməyə hazırlaşır.

Hücumçu ötən mövsümü “Olimpiakos”da keçirib. O, 37 oyuna çıxıb və 18 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43