Türkiyənin “Rizəspor” klubu “Qarabağ”ın müdafiəçisi Kevin Medinanı heyətinə qatmaqda israrlıdır.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub rəsmisi Hasan Yavuz Bakır “ajanspor”a açıqlama verib. O bildirib ki, oyunçuya maraqları davam edir:
“Medina çox dəyərli oyunçudur. “Linkon” oyunlarından ardından məsələnin dəqiqləşəcəyini gözləyirik. Oyunçu ilə maraqlanırıq. Həm “Qarabağ”, həm də Medina ilə görüşmüşük”.
Xatırladaq ki, kolumbiyalı müdafiəçi “Linkoln”la ilk oyunda meydanda olsa da, cavab matçını ehtiyat skamyasından izləyib.

