“Kəpəz” klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi bosniya və herseqovinalı oyunçu Aldin Çayiçlə maraqlanır. Tərəflər arasında danışıqlar başlasa da, hələlik razılıq əldə olunmayıb.
Klub oyunçu ilə maliyyə məsələsində anlaşa bilmir. Ancaq “sarı-göylər” transferdən vaz keçmək niyyətində deyil. Tərəflər arasında danışıqlar davam edir.
30 yaşlı mərkəz yarımmüdafiəçisinin son komandası Türkiyənin “İstanbulspor” klubu olub. O, hazırda azad agentdir.
2017-ci ildən İstanbul klubunun formasını geyinən oyunçu bu müddətdə komandası ilə 116 oyunda 25 qol vurub.
Çayiç Bosniya və Hersoqovinanın U-17 və U-21 millilərində də çıxış edib.

