02 İyul 2026
Dünya futbolu

“Yurqorden” liderə qarşı – Musa Qurbanlı heyətdə

İsveç çempionatının 16-cı turuna start verilir.

İdmanxeber.az-ın məlumatına görə, Musa Qurbanlının transfer olduğu “Yurqorden” bu tur doğma meydanda lider “Elfsborq”u qəbul edəcək. Ev sahibi komanda sözügedən qarşılaşma üçün millimizin üzvünü də heyətə daxil edib.

Klubun sosial şəbəkə hesabından edilən paylaşımda matça 22 min biletin satıldığı və stadionun dolu olacağı bildirilib. Turnir cədvəlində ilk pillədə qərarlaşan “Elfsborq”un 36, beşinci “Yurqorden”in isə 30 xalı var.

İyulun 22 keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43