“Sumqayıt” təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcək.
İdmanxeber.az xəbər verir ki, Samir Abasovun yetirmələri bu gün baş tutacaq ilk yoxlama oyununda Super Liqa təmsilçisi “Sivasspor”la üz-üzə gələcək.
“Yüksek İrtifa” məşq mərkəzinin stadionunda baş tutacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan klublarından “Səbail” də bir neçə gün əvvəl “Sivasspor”la qarşılaşıb və 1:1 bərabərə qalıb.

