02 İyul 2026
Dünya futbolu

“Qarabağ” UEFA reytinqində “Fənərbağça”nı keçdi

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeləri açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın UEFA Çempionlar Liqasının I raundunda Cəbəllütariq komandası “Linkoln”u hər iki görüşdə məğlub etməsi irəliləməsinə səbəb olub. 4 pilləlik sıçrayışa nail olan Qurban Qurbanovun yetirmələri 24.500 xalla 61-ci yerə yüksəliblər.

“Qarabağ” reytinqdə “Monako” (Fransa) və “Fənərbağça” (Türkiyə) kimi klubları geridə qoyub.

Ağdam təmsilçisinin ardından ən yaxşı göstəriciyə malik Azərbaycan klubu “Neftçi”dir. 9.500 xalı olan “ağ-qaralar” 5 komanda ilə birlikdə 137-ci pilləni bölüşür. Adrian Mutunun kollektivində 2 pilləlik geriləmə müşahidə edilib.

“Qəbələ” də reytinqdə geriləyib. “Qırmızı-qaralar” 4.500 xalla 265-cidir. Azərbaycan çempionatının digər iştirakçıları “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail” hərəyə 1.500 reytinq xalı ilə 343-cü yeri bölüşdürürlər.

“Turan Tovuz”, “Kəpəz” və yenidən elitaya qayıdan “Araz-Naxçıvan” 424 klub sırasına düşməyiblər.

UEFA reytinqinə İngiltərə təmsilçisi “Mançester Siti” (124.000) başçılıq edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43