“Bavariya”nın yarımmüdafiəçisi Marsel Sabitser “Borussiya”ya keçib.
İdmanxeber.az-ın məlumatına görə, transfer Dortmund klubuna bonuslar daxil olmaqla 19 milyon avroya başa gəlib. 29 yaşlı avstriyalı tibbi baxışdan uğurla keçərsə, bu həftə müqavilə imzalayacaq.
Sabitser 2022/23 mövsümündə “Bavariya”dan icarə əsasında “Mançester Yunayted”də çıxış edib. O, klubda 18 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

