“Sabah” İndoneziya millisinin futbolçusu Sendi Uolşu transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Belçikanın “Mexelen” komandasına çıxış edən futbolçu üçün danışıqlara başlayıb. “Sabah” sağ cinah müdafiəçisi üçün təzminat ödəməyə də razıdır.
Premyer Liqa təmsilçisi Uolşu üçün qarşı tərəfə 700 min avro ödəmək niyyətindədir.
28 yaşlı oyunçunun “Mexelen”lə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

