Növbəti mövsümə iddialı heyət formalaşdırmaq niyyətində olan “Kəpəz” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu Bəxtiyar Həsənalızadə ilə anlaşıb. Tərəflərin bütün şərtlərdə razılaşdığı və oyunçunun keçidinin yaxın saatlarda açıqlanacağı bildirilir.
30 yaşlı futbolçu ötən mövsümü “Sabah”da keçirib. O, milli komandamızın da üzvüdür.

