“Spartak” (Moskva) Deyvinson Sançes üçün “Tottenhem”ə 12 milyon avro təklif edib.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun bu təklifi qəbul edəcəyi gözlənilir. Kolumbiyalı futbolçu ilə danışıqlar isə hələ davam edir.
Sançes 2017-ci ildən “Tottenhem”də çıxış edir. O, bu müddətdə 205 oyuna çıxıb və 5 qol vurub.

