30 İyun 2026
Dünya futbolu

MY “Fənər”in qapıçısını istəyir

“Mançester Yunayted” Altay Bayındır üçün “Fənərbağça”ya 5 milyon funt-sterlinq təklif göndərməyi düşünür.

İdmanxeber.az-ın məlumatına görə, Tom Hitonun “Luton”a transferi gündəmdədi, ona görə də “qırmızı-şeytanlar” ehtiyat qapıçı axtarır. “Mançester Yunayted” həmçinin “Urava Reds”in qapıçısı Zion Suzuki ilə maraqlanır.

Altay 2019-cu ildə “Ankaragücü”ndən “Fənərbağça”ya transfer olub. O, bu müddətdə 141 oyuna çıxıb və 42 oyunda qapısını qola bağlamağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43