Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Rakov”un qonağı olacaq “Qarabağ” Polşaya yollanıb.
İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 25-i Bakı vaxtı ilə 21:40-da başlayacaq.
Qeyd edək ki, “Rakov” – “Qarabağ” matçı iyulun 26-da Bakı vaxtı ilə 22:15-də start götürəcək.

