“İnter” Emiliano Martines üçün “Aston Villa”ya 15 milyon avroluq təklif verib.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu bunu qəbul etməyib. Tərəflər arasında danışıqlar davam edəcək.
Martines 2020-ci ildən “Aston Villa”da çıxış edir. O, bu müddətdə 112 oyuna çıxıb və 39 oyunda qapısını qola bağlaya bilib.

