29 İyun 2026
Ölkə futbolu

Mərakeşli futbolçu “Sabah”da – RƏSMİ

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.

Maruan karyerası ərzində Mərakeşin “Rasinq Kasablanka”, “Berkan”, “Difaa” və “Raca Kasablanka” klublarında oynayıb.

Yeni transferi “Sabah”da 24 nömrəli formada çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43