“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi II raundda Polşa “Rakuv”unu mübarizədən kənarlaşdırsa, Kipr “Aris”i ilə qarşılaşacaq.
Limasol klubu II mərhələdə Belarus BATE-sini ilk oyunda 6:2, cavab matçında isə 5:3 hesabı ilə məğlub edib.
“Qarabağ” Polşadakı görüşdə “Rakuv”a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

