Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) Çempionlar Liqası II təsnifat mərhələsində cavab görüşünə çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda Qazaxıstan “Astana”sı ilə üz-üzə gəlir. Millimizin üzvü də sözügedən matçda əsas heyətdə meydana çıxıb.
O, matçın 24-cü dəqiqəsində komandasını hesabda önə çıxarıb -1:0. Görüş Zaqreb təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk matç Xorvatiyada “Dinamo”nun 4:0 hesablı qalibiyyətlə ilə sona çatıb.