“Neftçi” Meksikanın “Kruz Azul” klubunda çıxış edən Auqusto Lotti ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında baş tutan danışıqlar müsbət yekunlaşıb. Futbolçu qarşıdakı iki gündə Bakıya gələcək. Tibbi müayinədən keçəcək ön xətt oyunçusu ilə 1 illik müqavilə imzalanacaq.
Argentinalı futbolçu “ağ-qaralar”da icarə əsasında çıxış edəcək.

