“Barselona” Joao Kanselo ilə şəxsi məsələlərdə razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Katalon klubu indi “Mançester Siti” ilə danışıqlara başlayacaq. Xavi yanvardan bəri sağ cinah müdafiəçisini heyətində görmək istəyir.
Kancelo 2019-cu ildən “şəhərlilər”də çıxış edir. Portuqaliyalı futbolçu bu ilin yanvarında icarə əsasında “Bavariya”ya keçmişdi.