“Ötən mövsüm komandanın heyətində çıxış etmişəm. İndi də kollektivdə yer almışam. Buna görə də xoşbəxtəm. Çempionata hazırlığımız yaxşı keçib. Oyunlar və azarkeşlərimiz üçün darıxmışıq”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Junior Martins klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, çempionatda güclü komandaların yer aldığını bildirib: “Qarabağ”, “Neftçi”, “Sabah” kimi iddialı rəqiblər var. Digərləri də güclüdür. Amma bizi də hesabdan silmək olmaz. İlk oyunda “Neftçi” ilə qarşılaşacağıq. Doğma meydanda azarkeş amili üstünlüyümüzdür”.
Braziliyalı yarımmüdafiəçi yenidən Gəncədə çıxış edəcəklərini xatırladıb: ” Burada oynamaq bizim üçün asan, rəqiblər üçün çətindir. Çünki oyunlarımıza bizi dəstəkləməyə çoxlu sayda azarkeş gəlir. Bu mövsüm də fanatlarımıza güvənərək meydana çıxacağıq”.