“Atalanta” Canluka Skamakka transferi üçün “Vest Hem”le 25+5 milyon avroya razılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçu bu gün Bergamo təmsilçisi üçün tibbi baxışdan keçəcək.
“İnter”də italiyalı forvardla maraqlansa da “Atalanta” daha cəld davranıb, anlaşmanı həyata keçirdi.
Skamakka ötən mövsüm “Vest Hem”in heyətində 27 oyuna 8 qol vurub.