Bu gün UEFA Konfrans Liqasında “Neftçi” və “Sabah”ln mümkün rəqibləri bəlli olacaq.
İdmanxeber az-ın məlumatına görə, “ağ-qaralar”ın potensial rəqibləri Fransanın “Lill”, “Gent” (Belçika) – “Poqon” (Polşa) cütü, “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütü, “Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü ola bilər.
“Sabah” – “Partizan” (Serbiya) cütü isə püşkdə səpələnmişlərdə qərarlaşacaq. Murad Musayevin yetirmələrinin mümkün rəqibləri “Osasuna” (İspaniya), “Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü, “Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü, “Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü və “Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütüdür.
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.