“Əl Əhli” Roker İbanyesi bonuslarla birlikdə 30 milyon avroya “Roma”dan transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı braziliyalı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra 3 illik müqaviləyə imza atacaq.
Rocer 2020-ci ilin yanvarından “Roma”da çıxış edirdi. O, bu müddətdə 149 oyuna çıxıb və 9 qol vurub.

