19 İyun 2026
Dünya futbolu

Meksikalı oyunçu Premyer Liqada

“Vest Hem” Edson Alvares transferi üçün “Ayaks”la razılığa gəlib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu bu keçid üçün 35 milyon funt-sterlinq ödəyəcək. Meksikalı futbolçu ilə tibbi baxışdan keçdikdən sonra 5 illik müqavilə imzalanacaq.

Edson 2019-cu ildən çıxış etdiyi “Ayaks”da 147 oyuna çıxıb və 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43