“Benfika” Anatoli Trubin transferi üçün “Şaxtyor”la (Donetsk) razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya komandası 22 yaşlı qapıçıya görə Donetsk klubuna 10 milyon avro və 1 milyon bonus ödəyəcək. Həmçinin “şaxtaçılar” oyunçunun növbəti satışından 40 faiz gəlir əldə edəcək.
Trubin 2019-cu ildən “Şaxtyor”un əsas komandasında çıxış edir. O, bu müddətdə 94 oyuna çıxıb və 39 oyunda qapısını qola bağlaya bilib.

