“Barselona”nın baş məşqçisi Xavi PSJ-nin hücumçusu Neymarın komandaya mümkün qayıdışına münasibət bildirib.
İdmanxeber.az-ın məlumatyına görə, ispaniyalı mütəxəssis braziliyalı ulduz futbolçunun komandaya dönüb-dönməyəcəyi barədə dəqiq bir söz deməyib:
“Burada məndən heç nə asılı deyil. Keçən il başqa klubun futbolçusunun adını çəkdim və onlar əsəbiləşdilər. Gəlin görək transfer pəncərəsi bağlanana qədər nə baş verəcək”.
Neymar 2017-ci ildə 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. O vaxtdan bəri oyunçu 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

