“Neftçi” ilə oyun çətin keçdi. Lakin yaxşı xarakterimiz və konsentrasiyamız bizə qələbə qazandırdı”
Bu sözləri idmanxeber.az saytına “Kəpəz”in yeni yeni transferi Olavale Onanuqa “ağ-qaralar”la görüş barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Top saxlamağı, sürətli oynamağı sevirəm. Çempionatın çox rəqabətli olduğu görünür. Davamlı meydanda olmaq istəyirəm. Bunu bacara bilərəm, özümü hazır hiss edirəm. Komanda yoldaşlarım və məşçqilərin köməyi ilə stabil çıxış edəcəyimi düşünürəm. Hədəflərimiz var, bunlara nail olmaq istəyirik. “Kəpəz”in bu mövsümkü məqsədi çempionatı yüksək pillədə başa vurmaqdır”.
Nigeriyalı futbolçu ölkəmizə gəlməmişdən öncə həmyerliləri Ahmet Ayzaya və Abdullahi Şuaybu ilə danışdığını bildirdi. Onanuqa gələcək hədəfləri barədə isə bunları dedi:
“Hər futbolçu daha böyük klublarda oynamaq istəyir. “Kəpəz” də onlardan biridir. Burada olduğum üçün çox xoşbəxtəm. Çünki Gəncə şəhəri çox gözəldir, şəhərin insanları istiqanlı və mehribandır”.
Həsən Quluzadə

