Bu gün Misli Premyer Liqasında II tura start verilib.
İdmanxeber.az-ın məlumatına görə, açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”ın qonağı olub. İlk turda “Turan Tovuz”a darmadağın olan (0:3) ev sahibi bu görüşdən qalib ayrılmağı bacarıb -2:0.
Saat 18:00-da başlayan qarşılaşmanı baş hakim Fərid Hacıyev idarə edib.
Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşıb. İlk turda mövsümə qələbə ilə başlayan iki komandanın duelindən qəsəbə təmsilçisi qalib ayrılıb -1:0. İki görüşdən 6 xal toplayan “qartallar” turnir cədvəlində birincidir.
Görüşü Kamal Umudlu idarə edib.
Azərbaycan Premyer Liqası
II tur
12 avqust (şənbə)
18:00. “Araz-Naxçıvan” – “Qəbələ” 2:0
Qol: İsmail Azzaui, 17, E. Maşike 82
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Dalğa Arena”
21:00. “Zirə” – “Kəpəz” 1:0
Qol: Q. Alıyev 64
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu, 21:00
Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” – “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.