Nigeriyalı futbolçu Entoni Amosi Beji karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Turan Tovuz”dan tibbi baxışdan uğurla keçməyən oyunçu “Kəpəz”in diqqət mərkəzindədir. Gəncə təmsilçisinin həkimləri 24 yaşlı son cinah müdafiəçisini yoxlanışdan keçirəcək.
Əgər nigeriyalı futbolçu üçün müsbət rəy verilsə, “sarı-göylər” Amosini heyətinə qatacaq.
24 yaşlı sol cinah müdafiəçisinin son klubu Albaniyanın “Bilis” komandası olub. O, hazırda azad agent statusu daşıyır.