04 İyul 2026
Dünya futbolu

“Barselona” Deko ilə müqavilə bağladı

Deko “Barselona”nın yeni idman direktoru oldu.

İdmanxeber.az-ın məlumatına görə, hazırkı direktor Mateu Alemani sentyabrın 2-si vəzifəsindən ayrılacaq. Yay transfer pəncərəsi bağlanana qədər Deko və Alemani bir yerdə çalışacaq.

Sabiq portuqaliyalı pleymeyker 2004-2008-ci illər arasında Katalon klubunda futbolçu kimi də çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43