07 İyul 2026
Dünya futbolu

“İnter” fransalı futbolçunu razı saldı

“Inter” və “Bavariya” Benjamin Pavar üçün danışıqlar aparır.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu fransalı müdafiəçi üçün 25 milyon avro tələb edir. 27 yaşlı oyunçu klubdan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Pavar 2019-cu ildən çıxış etdiyi “Bavariya”da 163 oyuna çıxıb və 12 qol vurub. O, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43