Avrokuboklarda III təsnifat mərhələsinin cavab oyunlarını stadionlardan izləmiş azarkeşlərin sayı bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın səfərdə “Bolt Arena”da HİK-ə qalib gəldiyi (2:1) oyunu 7612 tərəfdar izləyib. Bu, AL-in III təsnifat mərhləsində ən çox azarkeş qeydə alının ikinci matç olub.
Azərbaycan təmsilçilərinin UEFA Konfrans Liqasındakı oyunları isə ilk “10-luğ”a düşüb. “Neftçi”nin Türkiyədə “Beşiktaş”a 1:2 hesabı ilə uduzduğu oyunu 21890 azarkeş izləyibsə, Belqraddakı “Partizan” – “Sabah” görüşündə tribunalarda 14225 fanat qeydə alınıb.

