“Real”ın yarımmüdafiəçisi Cud Bellingem Kristiano Ronaldonun uğurunu təkrarlayıb.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli futbolçu La Liqanın 2-ci turunda “Almeriya” ilə matçda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. O, ötən tur da adını tabloya yazdıra bilmişdi.
İngilis oyunçu Ronaldodan sonra La Liqanın ilk iki matçında “Real”ın heyətində qol vuran tək futbolçu olub.
20 yaşlı Bellingem bu yay 103 milyon avroya Dortmund “Borussiya”sından Madrid təmsilçisinə keçib.

