09 İyul 2026
Ölkə futbolu

“Kəpəz”dən yubiley oyunu

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, bu, Misli Premyer Liqasının III turunda “Turan Tovuz” ilə oyuna təsadüf edib.

1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43