“Barselona” klubu futbolçusu Serjinyo Desti icarəyə verib.
İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi Niderlandda PSV-nin formasını geyinəcək. Müqavilənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Eyndhoven təmsilçisi ABŞ-dan olan oyunçunu almaq hüququna malikdir.
Qeyd edək ki, Serjinyo Dest 2019-cu ildə “Ayaks”dan “Barselona”ya keçib.

