09 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray”ın oyunu ölkəmizdə canlı yayımlanacaq

Türkiyənin Çempionlar Liqasındakı tək təmsilçisi “Qalatasaray”ın oyunu ölkəmizdə canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun ÇL-in pley-off mərhələsindəki “Molde” (Norbeç) ilə səfər görüşü “CBC Sport”dan canlı göstəriləcək. Matç avqustun 23-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

Xatırladaq ki, “Qalatasaray” bura qədər Litvanın “Jalqiris” və Sloveniyanın “Olimpiya” klublarını mübarizədən kənarlaşdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43