09 İyul 2026
Ölkə futbolu

“Mançester Yunayted”in sabiq qapıçısı karyerasını bitirdi

40 yaşlı Ben Foster performansının yetərsiz olduğunu bildirərək karyerasını bitirdiyini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, qolkiperin komandası “Rekshem” həftəsonu keçirilən oyunda “Suindon Taun”la 5-5 bərabərə qalıb. Foster arxada qalan 4 turda qapısından 13 qol buraxıb.

Bir müddət “Mançester Yunayted”də (2005-10) oynayan qapıçı İngiltərə Premyer Liqasında 390 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43