09 İyul 2026
Ölkə futbolu

Braziliyalı futbolçu “Qarabağ”da – RƏSMİ

“Qarabağ” FK Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan Mateus Silvanı transfer edib.

İdmanxeber.az-ın məlumatına görə, uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. 

Braziliyalı futbolçu komandada 2 nömrəli formanı geyinəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43