11 İyul 2026
Ölkə futbolu

“Olimpiya” ilə oyun öncəsi “Qarabağ” seçimini onlardan yana etdi

Xəbər verdiyimiz kimi, sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin “Olimpiya” – “Qarabağ” matçını “İdman TV” canlı yayımlayacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, matçın “İdman TV”də yayımlanmasını “Qarabağ” özü istəyib. Belə ki, turnirin həm təsnifat, həm də pley-off mərhələsindəki oyunları klubların öz əlində olur. “Köhlən atlar”da bu durumdan yararlanıb komandanın həm baş tutmuş HİK-lə matçlarını, həm də qarşıdakı “Olimpiya” ilə görüşlərini “İdman TV”yə həvalə edib.

Bu o deməkdir ki, Sloveniya təmsilçisi ilə cavab oyununu da “İdman TV” canlı yayımlayacaq. Bundan sonra isə qrup matçlarında canlı yayım hüququ “CBC Sport”un əlindədi. Pley-off mərhələsi matçlarından sonra “Qarabağ”ın həm ev, həm də səfər görüşlərini “CBC Sport” ekranlara daşıyacaq.

Qeyd edək ki, “Qarabağ”ın “Olimpiya” ilə avqustun 24-ü səfərdə keçiriləcək ilk matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab görüşü isə saat 20:00-da start götürəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43