Səudiyyə Ərəbistanı klubları “Əl-Hilal” və “Əl-Əhli” Azzedin Unai ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, mərakeşli yarımmüdafiəçi bu ilin yanvarında 10 milyon avroya “Marsel”ə transfer olub. Ərəblər onun üçün Fransız klubuna 15-20 milyon avro təklif edir.
Unai Dünya Çempionatında yarımfinala çıxan Mərakeş millisinin əsas üzvlərindən biri idi.

